Arteta pis xəbəri verdi

“Arsenal”ın zədəli futbolçusu Bukayo Sakanın son durumu məlum olub.

Futbolpress.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Mikel Arteta yerli mətbuata açıqlamasında məlumat verib. Mütəxəssis ingiltərəli vingerin uzun müddət yaşıl meydanlardan uzaq qalacağını deyib.

Saka Premyer Liqanın XVIII turunda “Kristal Pelas”la oyunda zədələnib. Saka bu mövsüm 24 oyunda 9 qol vurub, 13 məhsuldar ötürmə edib.