“Milan”ın baş direktoru Corco Furlani açıqlama verib.
Futbolpress.az xəbər verir ki, funksioner 2023-cü ildə yarımmüdafiəçi Sandro Tonalini “Nyukasl”a satdıqları üçün üzləşdikləri təzyiqdən danışıb:
“Media və azarkeşlərin təzyiqindən qaça bilmədim. Televiziyada deyilənlərdən uzaqlaşmaq olmur. Pis günlər idi. Daha pisləri də oldu, məsələn, Tonalini satdığımız üçün ölümlə hədələndim”.
Tonali 2023-cü ildə 60 milyon avro qarşılığında “Milan”dan “Nyukasl”a keçib.