Premyer Liqanın liderləri – 2 əcnəbi, 1 yerli

Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulub.

FutbolPress“in məlumatın görə, 18 turdan sonra bombardirlər siyahısına “Sabah”ın futbolçusu Coy-Lens Mikels və “Araz-Naxçıvan”ın hücumçusu Felipe Santos başçılıq edir. Hər iki oyunçunun aktivində 8 qol var.

Onları 7 qolla “Qarabağ”dan Leandro Andrade, “Zirə”dən Davit Volkov izləyir. “Beşliy”i isə “Sabah”ın digər futbolçusu Cesse Sekidika tamamlayır. Afrikalı hücumçunun aktivində 6 qol var.

18 turdan sonra ən çox məhsuldar ötürmə edən isə Nəriman Axundzadədir. “Qarabağ”ın 20 yaşlı hücumçusu 14 oyunda 7 assistlə zirvədədir. İkinci pillədə “Sabah”ın cinah müdafiəçisi Boyan Letiç qərarlaşıb – 6 məhsuldar ötürmə.

Leandro Andrade, Elvin Cəfərquliyev (hər ikisi “Qarabağ”) və Ramon Maçado (“Araz-Naxçıvan”) 5 məhsuldar ötürmə ilə 3,4 bə 5-ci sıranı bölüşür.

Şahin Cəfərov