“Sabah” futbolçularını mükafatlandırdı

“Sabah” forması ilə 100 oyun həddini keçən Elvin Camalov və Boyan Letiçə, həmçinin son matçda komandanın heyətində 150-ci oyununa çıxan Amin Seydiyev mükafatlandırılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Masazır təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hər üç oyunçuya xatirə formaları verilib.