Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” bu gün II Bundesliqada növbəti oyuna çıxacaq.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Braunşveyq” ilə üz-üzə gələcək. Görüşə saat 23:30-da start veriləcək. Matç “İdman TV”dən canlı yayımlanacaq.
“Nürnberq” 16 turdan sonra 19 xalla 14-cü sıradadır. 13 xalı ola “Braunşveyq” isə 17-ci pillədə qərarlaşıb.