Renat Dadaşovun komandası baş məşqçiylə yolları ayırdı

Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi Türkiyə I Liqa təmsilçisi “Ankaragücü” baş məşqçisi Kenan Koçakla yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Qeyd edək ki, “Ankaragücü” I Liqada 23 xalla səkkizinci sırada yer alıb.