“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə Kubokunda “Tottenhem”ə uduzduqları görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 3:4 hesabıyla uduzduqları matçla bağlı bunları deyib:
“İkinci hissənin əvvəlində oyuna qayıtdıq. Çətin oldu, amma qollar vurduq. Oyuna baxsanız, bizim daha yaxşı oynadığımızı görərsiniz. Lakin rəqib müdafiədə kompakt mübarizə apardı. Uşaqlarımın əzmkarlığı vacib idi. Tək problemimiz son ötürmələrdə, zərbələrdə idi.
Kubokda vidalaşdıq. Diqqətimizi çempionata yönəldəcəyik. Məqsədimiz Premyer Liqanı qazanmaqdır. Bunun nə zaman olacağını deyə bilmərəm”.