“Bavariya” “Hoffenhaym”ın yarımmüdafiəçisini heyətinə qatmaq istəyir

“Hoffenhaym”ın yarımmüdafiəçisi Tom Bişof “Bavariya”nın maraq dairəsinə düşüb.

Futbolpress.az xəbər verir ki, “Hoffenhaym” 19 yaşlı futbolçu ilə 2025-ci ilin yayında başa çatacaq müqaviləni uzatmaq istəsə də, futbolçu Münhen klubuna keçməyə üstünlük verir.

“Bavariya” Bişofu pulsuz almaq və sonra onu icarəyə vermək niyyətindədir.