Salahla danışıqlar son mərhələdədir

“Liverpul” futbolçusu Məhəmməd Salahla müqaviləni uzatmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. “Qırmızılar” 32 yaşlı hücumçu ilə danışıqların son mərhələsindədir.

Salah özü də “Liverpul”da qalmaq istəyir və tərəflər arasında yaxın zamanda müqavilə imzalanacağı bildirilib.

Misir millisinin də üzvü olan Məhəmməd bu mövsüm 23 oyunda 16 qol vurub, 13 məhsuldar ötürmə edib. O, ümumilikdə 372 oyunda 227 qol vurmaqla klub tarixinin ən çox qol vuran üçüncü futbolçusudur.