Santuş hesabat verdi

17 dekabr 2024-cü il tarixində AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, icraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

Əvvəlcə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun komandanın UEFA Millətlər Liqasındakı çıxışı ilə bağlı hesabatı dinlənilib. İcraiyyə Komitəsi üzvləri baş məşqçinin qeydə alınmış nəticələrlə bağlı fikirləri ilə tanış olublar. F.Santuş millinin gələcək perspektivləri barədə gözləntilərini bölüşüb.

Ardından AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə aşağı yaş qrupları üzrə milli komandaların seçmə mərhələdəki çıxışı ilə bağlı hesabat verib. O, İcraiyyə Komitəsi üzvlərinin suallarını cavablandırıb. Bu xüsusda təklif və rəylər dinlənilib, nəzərə alınıb.

İcraiyyə Komitəsinin iclasında AFFA-nın inkişaf strategiyası ilə bağlı son durum barədə məlumat verilib. Strategiya 2025-ci ilin yanvarında ictimaiyyətə açıqlanacaq.
İcraiyyə Komitəsinin iclasında digər məsələlər müzakirə edilib.