“Neftçi”nin A komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.
Futbolpress.az xəbər verir ki, “Neftçi” Futbol Mərkəzində təşkil olunan tədbir AFFA-nın Hakimlər Komitəsinin mütəxəssisi Orxan Məmmədovun iştirakı ilə baş tutub.
Seminarda komandanın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib, maarifləndirici videolar təqdim olunub.