Millinin futbolçusu Azərbaycana qayıtdı

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Bolqarıstan təmsilçisi “Arda”dan ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Kırcalı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Cəlal “Şamaxı”ya keçib.

Premyer Liqa təmsilçisi ilə razılaşmanın detalları açıqlanmayıb.

Cəlal bu mövsüm “Arda”da 14 oyuna çıxıb.