“Milan”ın qapıçısı “Bavariya”ya keçə bilər

“Milan”ın futbolçusu Mayk Menyan karyerasını Almaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Bavariya” 29 yaşlı qolkiperin xidmətində maraqlıdır. Bu barədə “Fichajes” portalı məlumat yayıb. Münhen klubu 2025-ci ilin yayında Menyanın transferi üçün çalışacaq.

Fransalı qapıçı 2021-ci ildən “Milan”da çıxış edir. O, “qırmızı-qaralar”da 131 oyunda 134 qol buraxıb.