“Mançester Siti”nin futbolçusu Erlinq Haaland karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “Defensa Central” nəşri məlumat yayıb. Norveçli hücumçunun 2025-ci ilin yayında “Real”a keçəcəyi iddia edilib.
Haaland bu mövsüm Premyer Liqada 16 oyunda 13 qol vurub. Onun “transfermarkt”da dəyəri 200 milyon avrodur.