Ukraynalı tənqidlərdən qaçır

“Çelsi”nin və Ukrayna millisinin futbolçusu Mixail Mudrikin dopinq testi müsbət çıxıb.

Futbolpress.az xəbər verir ki, vinger xəbərin yayılmasından sonra sosial şəbəkələrdə şərhləri bağlayıb. O, bu yolla narazılıq bildirəcək fanatların tənqidlərin qaçmağa qərar verib.

Mudrikdən oktyabrın sonunda götürülmüş “A” nümunəsində qadağan edilmiş maddə aşkarlanıb. Futbolçudan “B” nümunəsi də götürüləcək və yenidən müsbət olarsa, oyunçu uzun müddətə diskvalifikasiya olunacaq.