“Mançester Yunayted”in futbolçusu Bruno Fernandeş yeni rekorda imza atıb.
Futbolpress.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi “Mançester Siti” ilə oyunda penaltidən fərqlənib. O, “qırmızı şeytanlar”da 25 “11 metrə”dən 21-ni qola çevirib. O, bu göstəriciyə görə rekordçu olub.
Bundan əvvəlki rekordçu Ueyn Runi idi. O, komandada 29 penaltidədn 20-ni qola çevirib.