Azərbaycan Premyer Liqasının XVII turunun “Araz-Naxçıvan” – “Sabah” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Nəticə daha çox heç-heçəyə bənzəyirdi. Lakin künc zərbəsindən qol vurduq. Bu, komandamızın ruh yüksəkliyi üçün vacib idi.
– Gəlişinizdən sonra komanda yüksəlişdədir. Nələri dəyişdiniz?
– Deyə bilərəm ki, işə münasibəti, məşqlərdə intensivliyi dəyişmişik. Görüləcək işlərimiz irəlidədir.
– Murad Musayev “Sabah”ın bazasını ziyarət edib. Onunla nə haqda danışdınız?
– “Sabah”, “Krasnodar”, məşqçilik, Azərbaycan və Rusiya futbolundan danışdıq.
– İndidən qış planını müəyyən etmisiniz?
– Burda qalacağıq. Yanvarın 4-də yığışmağı planlaşdırırıq. Niderlandda işləmişəm və orda da qısa müddətlik fasilə var idi.
Şahin Cəfərov