“Elfsborq”un baş məşqçisi Oskar Hilyemark Avropa Liqasında “Qaarabağ”a qalib gəldikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:0 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Xoşbəxtəm və komandamla fəxr edirəm. Çox çətin oyun keçdi. İlk hissədə çoxlu texniki səhvlərə yol verdik. Meydan sürüşkən idi.
Yeni il öncəsi hər kəs üçün gözəl qələbə oldu. Qələbə qazanmasaydıq, şanslarımız xeyli azalacaqdı. Bu, məni çox qürurlandırır. Böyük komandalara qarşı yaxşı səviyyədə oynaya bilirik”.