“Zirə”nin futbolçusuna ağır cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının XVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

9 dekabr 2024-cü il tarixində Əvəzedicilər liqasının XVI turunun “Kəpəz-2” – “Zirə-2” oyununda “Kəpəz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz-2” komandası 70 manat cərimə edilir (maddə 37);

9 dekabr 2024-cü il tarixində Əvəzedicilər liqasının XVI turunun “Kəpəz-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Zirə-2” komandası 70 manat cərimə edilir (maddə 37);

9 dekabr 2024-cü il tarixində Əvəzedicilər liqasının XVI turunun “Kəpəz-2” – “Zirə-2” oyunu bitdikdən sonra “Zirə-2” komandasının 55 nömrəli futbolçusu Ramin Abdullayev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Zirə-2” komandası 300 manat cərimə edilir (maddə 43.3);

9 dekabr 2024-cü il tarixində Əvəzedicilər liqasının XVI turunun “Sumqayıt-2” – “Neftçi-2” oyununun 76-cı dəqiqəsində “Sumqayıt-2” komandasının heyətində adı matçın protokolunda olmayan 44 nömrəli futbolçu Kənan Cavadlı meydançaya daxil olduğuna görə “Sumqayıt-2” komandasına texniki məğlubiyyət verilir (hesab 0:3 saxlanılır), “Sumqayıt-2” komandası 400 manat cərimə edilir (maddə 61.6).