Azarkeşləri “Qarabağ”ı ziyana saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın XVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Səbail” – “Araz-Naxçıvan” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” komandası 700 manat cərimə edilir (maddə 37);

“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Qarabağ” klubu 500 manat cərimə edilir (maddə 43.7);

“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” komandası 1500 manat cərimə edilir (maddə 52.2);

“Kəpəz” – “Zirə” oyununun matçöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 73.1);

“Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Sumqayıt” komandası 700 manat cərimə edilir (maddə 37);

“Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Sumqayıt” klubu 500 manat cərimə edilir (maddə 43.7);