“Belə halların baş verməməsi üçün lazımi addımlar atılacaq” (AÇIQLAMA)

AFFA U-15 Liqasında EFA – “Qəbələ” oyunu hakim təyinatının olmadığına görə baş tutmayıb. Bununla bağlı bölgə klubunun məşqçisi sosial şəbəkə hesabında məlumat yayıb.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli “FutbolPress“ə açıqlamasında məsələ ilə bağlı tədbir görüləcəyini dedi:

“Sözügedən oyun texniki problemlər səbəbindən vaxtında keçirilməyib. Bununla bağlı müvafiq ölçü götürüləcək və gələcəkdə belə halların baş verməməsi üçün lazımi addımlar atılacaq”.

Şahin Cəfərov