“Real”ın və İspaniya millisinin sabiq futbolçusu Serxio Ramos karyerasını Argentinada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. “Boka Xuniors” klubu ispan müdafiəçinin xidmətində maraqlıdır. Argentina təmsilçisi artıq oyunçu ilə danışıqlara başlayıb.
“Boka Xuniors”da uruqvaylı hücumçu Edinson Kavani də çıxış edir.
Argentina klubu 2025-ci ildə keçiriləcək Klublararası dünya çempionatda iştirak edəcək. “Boka Xuniors” turnirdə C qrupunda “Bavariya”, “Benfika” və “Oklend Siti” ilə mübarizə aparacaq. İyunun 15-də start götürəcək çempionata iyulun 13-də yekun vurulacaq