Çempionlar Liqasında 6 turun oyunlarından sonra daha iki komandanın turnirlə vidalaşacağı dəqiqləşib.
Futbolpress.az xəbər verir ki, “Yanq Boyz” (İsveçrə) və “Slovan”ın (Slovakiya) növbəti mərhələ üçün şansları qalmayıb.
Xalı olmayan komandalar turnir cədvəlində müvafiq olaraq 35 və 36-cı sıradadırlar. Bundan öncə “Leypsiq”in yarışı tərk edəcəyi dəqiqləşmişdi.