“Bavariya”nın idman direktoru Maks Eberl “Çelsi”nin futbolçusu Mixail Mudrikin adının klubla hallanmasına münasibət bildirib.
Futbolpress.az xəbər verir ki, funksioner yerli mətbuata açıqlamasında məlumatları təkzib edib:
“Mudrik əla oyunçudur. “Çelsi” ilə müqaviləsi davam edir və çox pul qazanır. Əlbəttə, bazarı izləyirik və bilirik ki, Mudrik potensiallı oyunçudur. Lakin indiki məqamda onunla bağlı bir planımız yoxdur. Xəbərlər şayiədir”.
Mudrik bu mövsüm 15 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.