“Fənərbağça” Avropa Liqasının Liqa mərhələsinin VI turunda “Atletik”ə uduzub – 0:2.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo bu məğlubiyyətlə karyerasında ilki yaşayıb. Belə ki, portuqaliyalı mütəxəssis birinci dəfə işlədiyi klublarla avrokuboklarda ev oyununda qol vura bilmədən uduzub.
Mourinyo 25 oyunda ilk dəfə qolsuz məğlubiyyət yaşayıb.
Mütəxəssis daha öncə “Portu”, “İnter”, “Çelsi”, “Mançester Yunayted”, “Tottenhem” kimi klublarda işləyib.