Fransanlı yarımmüdafiəçi Pol Poqba karyerasını ölkəsində davam etdirmək istəyir.
Futbolpress.az xəbər verir ki, o, “Marsel”ə keçmək niyyətindədir. Bu barədə “RMC Sport” nəşri məlumat yayıb. Poqba Liqa 1 təmsilçisi ilə danışıqlar aparır.
Poqba ötən ilin yayında dopinq testi müsbət çıxdığı üçün 4 illik diskvalifikasiya edilmişdi. Daha sonra Beynəlxalq İdman Arbitraj Məhkəməsi oyunçunun cəzasını 18 aya endirib.