Rodriqo: “Çətindir, amma işləməyə davam etməliyəm”

“Real”ın futbolçusu Rodriqo Çempionlar Liqasında “Atalanta”ya qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, braziliyalı hücumçu zədədən qayıtması haqda danışıb:

“Son bir neçə həftə mənimçün çox çətin oldu. Ötən mövsüm zədəsiz keçirmişdim, amma bu il artıq iki dəfə zədə almışam. Mənim üçün çətindir, amma işləməyə davam etməliyəm.

Nə üçün tez-tez zədələnirəm? Sıx qrafikdəyik, çətin oyunlarımız olur və bərpa üçün vaxtımız azdır. Hər oyunda əlimizdən gələni etməyə çalışırıq və bəzən bu, zədəyə səbəb olur”.

“Real” “Atalanta”nı 3:2 hesabıyla məğlub edib. Rodriqo birinci hissədə zədələnən Mbappenin əvəzinə meydana daxil olub.