Ançelotti Mbappenin durumundan danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında “Atalanta” ilə matçda zədə alan Kilian Mbappenin durumu haqda danışıb.

Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, mütəxəssis fransalı hücumçunun durumunun ciddi olmadığını deyib:

“Problemi həddindən artıq yüklənmə idi. Oyunun gedişində narahatlıq hiss etdi və riskə getmədik. Mbappeni bunun üçün əvəzlənib. Durumu ciddi görünmür”.

“Real” “Atalanta”nı 3:2 hesabıyla məğlub edib. Mbappe komandasının birinci qolunu vurub, lakin elə ilk hissədəcə əvəzlənib.