Azərbaycan Premyer Liqasında XVI turun oyunlarını izləyən azarkeş sayı məlum olub.
“FutbolPress“in məlumatına görə, ən çox azarkeş Masazır və Tovuzda qeydə alınıb. “Sabah”ın “Qarabağ”la heç-heçə etdiyi və “Turan Tovuz”un “Şamaxı”ya qalib gəldiyi görüşlərdə tribunalarda 3000 tamaşaçı olub.
Ən aşağı göstərici “Kəpəz”in “Zirə” ilə matçında (0:4) qeydə alınıb – 150.
Turun oyunlarında azarkeş sayları:
Səbail – Araz-Naxçıvan 0:2 (500 tamaşaçı)
Sabah – Qarabağ 1:1 (3000 tamaşaçı)
Kəpəz – Zirə 0:4 (150 tamaşaçı)
Sumqayıt – Neftçi 2:0 (2000 tamaşaçı)
Turan Tovuz – Şamaxı 3:2 (3000 tamaşaçı)