“Bavariya” onunla müqaviləni uzadacaq

“Bavariya” qapıçısı Manuel Noyerlə müqaviləni uzatmağa yaxındır.

Futbolpress.az xəbər verir ki, tərəflər arasında ilkin razılıq əldə olunub. Bu barədə “Kicker” nəşri məlumat yayıb. Münhen təmsilçisi 38 yaşlı qolkiperin sözləşməsini 2026-cı ilin yayına kimi artıracaq.

Noyer bu mövsüm 19 oyunda 8 qol buraxıb.