“Real”da Vinisius sevinci

“Real”ın futbolçusu Vinisius Junior zədəsini sağaldıb.

Futbolpress.az xəbər verir ki, braziliyalı hücumçu “kral klubu”nun Çempionlar Liqasında “Atalanta” ilə matçın iştirak ərizəsinə daxil edilib.

Vinisius noyabrda sol biseps əzələsindən zədə almışdı. O, Madrid təmsilçisinin son 4 oyununda iştirak etməyib.

“Atalanta” – “Real” oyunu bu gün saat 00:00-da start götürəcək. .