“Çelsi”nin futbolçusu Kol Palmer Premyer Liqada rekorda imza atıb.
Futbolpress.az xəbər verir ki, ingiltərəli hücumçu Premyer Liqada “Tottenhem”lə oyunda penaltilərdən 2 qol vurub.
Palmer Premyer Liqada ilk 12 penaltisinin hər birini qola çevirib. O, 100 faizlik göstərici ilə rekorda imza atıb. Bundan əvvəl keçmiş futbolçu Yaya Tura “Mançester Siti”də ilk 11 penaltisini qola çevirmişdi.