“Real”ın futbolçusu Kilian Mbappe açıqlama verib.
Futbolpress.az “Canal+”a istinadən xəbər verir ki, fransalı hücumçu sabiq klubu PSJ haqda danışıb:
“PSJ mənim üçün çox şey deməkdir. Necə başa çatmasına baxmayaraq, orda 7 gözəl ilim oldu. Ötən il vəziyyət qarışıq idi. Hüquqlarımı müdafiə etdiyim üçün azarkeşlərlə mübahisələrim oldu. Deyirlər ki, Mbappe PSJ-ni sevmirdi. Mən indi də bu komandanın bütün oyunlarını izləyirəm. PSJ-nin xüsusi yeri var”.
Mbappe ötən yay PSJ-dən “Real”a keçib. O, bu mövsüm 21 oyunda 11 qol vurub.