“İnter Mayami” klubunun rəhbərliyi braziliyalı hücumçu Neymarın mümkün transferinə münasibət bildirib.
Futbolpress.az xəbər verir ki, MLS təmsilçisinin İdarə Heyətinin sədri Xorxe Mas bu barədə “Give Me Sport” portalına danışıb:
“Neymar “Əl Hilal”ın oyunçusudur və indi transferi müzakirə mövzusu deyil. Həmişə çalışırıq ki, komandamıza böyük oyunçular cəlb edək. Əlbəttə, heyətlə bağlı çatışmazlıqlar var, lakin büdcəmiz də qeyri-stabildir.
Nə vaxtsa Neymar səviyyəsində oyunçu gətirmək fürsəti yararlanarsa, tərəddüd etməyəcəyik. Lakin bu, tək məndən asılı deyil”.
“İnter Mayami”də Lionel Messi, Serxi Buskets, Jordi Alba, Luis Suares kimi oyunçular çıxış edir.