Bu gün Türkiyə Super Liqasında XV tura yekun vurulub.
Futbolpress.az xəbər verir ki, açılış oyununda “Trabzonspor” azarkeşləri önündə “Kasımpaşa” ilə üz-üzə gəlib. Matç qollu bərabərliklə başa çatıb – 2:2.
“Beşiktaş” İstanbul derbisində “Fənərbağça”dan üstün olub.
“Qalatasaray” bu turda “Sivasspor”u məğlub edib. “Başakşəhər” isə “Hatayspor”a 3 cavabsız qolla qalib gəlib.
Turun son matçında “Qaziantep” “Rizespor”u minimal hesabla məğlub edib.
Türkiyə Super Liqası
XV tur
6 dekabr
Trabzonspor – Kasımpaşa 2:2
Qollar: S.Banza, 79 (pen.), A.Nvakaeme, 81 – Kafu, 38, N.Da Kosta, 90+1
7 dekabr
Konyaspor – Antalyaspor 1:1
Qollar: A.Demirbağ, 16 – S.Larsson, 90+1
Göztepe – Adana Demirspor3:1
Qollar: X.Santos, 39, Romulo, 42, D.Tiyaniç, 60 – A.Aymbetov, 87
Beşiktaş – Fənərbağça 1:0
Qol: A.Oksleyd-Çemberlen, 73
8 dekabr
Eyüpspor – Samsunspor 3:0
Qollar: M.Tiam, 69, 55, H.Akbunar, 65
Kayserispor – Alanyaspor 2:0
Qollar: A.Boa Morte, 51, K.Mane, 66
Sivasspor – Qalatasaray 2:3
Qollar: Q.Rodriqes, 25, T.Boke, 90+1 – Y.Akgün, 37, V.Osimhen, 45+9, B.Yılmaz, 53
Başakşəhər – Hatayspor 3:0
Qollar: M.Krespo, 56, K.Pyontek, 83, P.Keni, 90+4
9 dekabr
Qaziantep – Rizespor 1:0
Qol: İ.Qrbiç, 4 (avtoqol)