Azərbaycan millisinin futbolçuus Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” II Bundesliqada növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Elversberq”lə qarşılaşıb. Görüş rəqibin qələbəsiylə başa çatıb – 2:1.
Mahir bu görüşdə start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
“Nürnberq” 14 turdan sonra 19 xalla 12-ci sıradadır.