Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Nürnberq”in mətbuat xidmətinə müsahibə verib.
Futbolpress.az xəbər verir ki, forvard klubun televiziyasına açıqlamasında bir çox məqamlara toxunub:
“Azərbaycanlı azarkeşlər də klubumuzu dəstəkləyirlər və burada məndən yaxşı nəticə gözləyirlər. Almaniyada ölkəmizi təmsil edirik. Buna görə hər attığımız addım önəmlidir. Həmişə ölkədən kənarda oynamaq, dünyaya bizim futbolçuları göstərmək, oyunçularımız üçün qapı açmaq arzum idi. Düşünürəm ki, Azərbaycandan mənə böyük ümidlər var. Onları məyus etməmək üçün əlimdən gələni etməyə çalışıram.
Ronaldo tarixin ən yaxşı futbolçularındandır. Lakin onun fanatı deyiləm. Komanda yoldaşım Stefanos Tsimas onun azarkeşidir və buna görə qol sevincini Ronaldosayağı qeyd edirik”.