Azərbaycan Kuboku: onlar aylar sonra qayıtdı

Azərbaycan Kubokunun 1/8 final mərhələsində maraqlı geridönüşlər yaşanıb.

FutbolPress“in məlumatına görə, “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev və “Neftçi”nin qolkiperi Emil Balayev uzun müddət sonra yaşıl meydanlara qayıdıblar. Hər iki oyunçu kubok matçlarında start heyətdə yer alıblar.

Şahruddin 4 ay, Emil isə təxminən 1,5 il sonra rəsmi oyuna çıxıb.

“Qarabağ” “Qəbələ”ni 2:0, “Neftçi” isə “Difai”ni 6:0 hesabıyla məğlub edərək mərhələ adlayıblar.