“Barselona”nın futbolçusu Rafinya açıqlama verib.
Futbolpress.az xəbər verir ki, cinah hücumçusu bumövsümkü çıxışını dəyərləndirib:
“Karyeramın ən yaxşı dönəmindəyəm və dayanmaq istəmirəm. “Barselona” üçün daha artığını etmək arzusundayam”.
27 yaşlı futbolçu bu mövsüm 21 oyunda 16 qol vurub, 10 məhsuldar ötürmə edib.