23 dəqiqəyə 2 avtoqol

“Vulverhempton” İngiltərə Premyer Liqasının XIV turunda “Everton”a uduzub – 0:4.

Futbolpress.az xəbər verir ki, görüş “canavarlar”ın müdafiəçisi Kreyq Douson üçün uğursuzluqla yadda qalıb. Belə ki, o, ikinci hissədə 23 dəqiqəyə iki avtoqol müəllifi olub.

Douson 49 və 72-ci dəqiqələrdə qapıları səhv salıb.

34 yaşlı müdafiəçi bu mövsüm 12 oyunda meydana çıxıb.