Amorimin seriyası qırıldı

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının XIV turunda “Arsenal”a uduzub – 0:2.

Futbolpress.az xəbər verir ki, bu, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorimin komandadakı ilk məğlubiyyəti olub.

Portuqaliyalı mütəxəssis ümumiyyətlə, son bir ildə birincə dəfə uduzub. Bundan əvvəl “Sportinq”ə rəhbərlik edən Amorim orda 34 oyun idi, məğlub olmurdu.