“Liverpul” İngiltərə Premyer Liqasının XIV turunda “Nyukasl”la heç-heçə edib – 3:3.
Futbolpress.az xəbər verir ki, Mersisayd təmsilçisinin hücumçusu Məhəmməd Salah bu görüşdə iki qol vurub, bir məhsuldar ötürmə edib.
Salah İngiltərə çempionatlarında qol və ötürmə etdiyi matç sayında rekordçu olub. “Nyukasl”la görüş onun 37-ci belə oyunu olub.
Bundan əvvəlki rekord isə 36 oyunla keçmiş hücumçu Ueyn Runidə idi.