Berdıyev: “Qələbə hesabını qorumağa təcrübə çatmadı”

“Turan Tovuz” Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Sabah”a məğlub olub (əsas vaxt 2:2, penaltilər seriyası 1:3).

Futbolpress.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev matçla bağlı fikirlərini bölüşüb:

“Hər şeydən əvvəl Denis Marandiçinin ağır zədələnməsi bizim üçün böyük itki oldu. Qələbə hesabını qorumağa təcrübə çatmadı. Müdafiədə adi bir səhv etdik. Denisin zədələnməsi də komandaya təsir etdi. Amma uşaqlar da axıra kimi döyüşdülər. Penalti seriyası lotoreyadır. Çox təəssüflənirəm ki, adi, elementar səhvdən ikinci qolu buraxdıq”.