“Liverpul”un futbolçusu Məhəmməd Salah klubla müqaviləsini uzada bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Misirli hücumçunun klubla sözləşməsi 2025-ci ilin yayına kimidir. Salah özü “Liverpul”da qalmaq istəyir və müqaviləsinin uzadılmasına razıdır. Lakin hələ klubdan rəsmi təklif almayıb.
32 yaşlı futbolçunun adı bundan öncə PSJ ilə hallanırdı.