Premyer Liqada klubların çempionluq şansları açıqlandı

İngiltərə Premyer Liqasında 13 turdan sonra komandaların çempionluq şansları açıqlanıb.

Futbolpress.az “Opta”ya istinadən xəbər verir ki, hazırda lider olan “Liverpul”un qızıl medal şansı 85,1 faiz göstərilib.

İkinci sırada “Arsenal” qərarlaşıb. “Topçular”ın Premyer Liqanı qazanmaq ehtimalı 9,5 faizdir. “Üçlüy”ü isə 4,4 faizlə “Mançester Siti” tamamlayır.

“Liverpul” 13 turdan sonra 34 xalla liderdir.