“Çelsi” futbolçusu Mixayl Mudriklə yollarını ayırmağı düşünür.
Futbolpress.az xəbər verir ki, “zadəganlar” qış fasiləsində 23 yaşlı vinger üçün gələcək təklifləri dəyərləndirəcək. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
“Çelsi” ukraynalı futbolçu üçün 40 milyon funt-sterlinq tələb edib. Mudriklə “Nyukasl” maraqlanır.
Cinah oyunçusu bu mövsüm Premyer Liqada 7 oyunda meydana çıxıb.