Qətərə gedən futbolçu qayıtmaq istəyir

Qətərin “Əl Ərəbi” klubunda çıxış edən Marko Veratti Avropaya qayıtmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi qərarını verib və təkliflərə açıqdır.

Verattinin klubla müqaviləsi mövsümün sonuna kimidir. O, bu il 12 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

İtaliyalı futbolçu daha əvvəl Fransada PSJ-nin formasını geyinib.