“Lion” futbolçusu üçün 30 milyon avro tələb edir

“Lion”un futbolçusu Rayan Çerki karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Vest Hem” fransalı yarımmüdafiəçi ilə maraqlanır. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Fransa klubu 21 yaşlı futbolçu üçün 30 milyon avro tələb edir. Maliyyə sıxıntıları yaşayan “Lion” Çerkini satmağa müsbət yanaşır.

Futbolçu bu mövsüm 14 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.