Milli son oyunu da uduzdu

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, yığma Kiprə məğlub olub – 0:3.

Azərbaycan millisi bundan öncə İsveçrəyə 0:8, Estoniyaya isə 0:3 hesabıyla uduzmuşdu.