“1:0″la gələn xallar

Azərbaycan Premyer Liqasında “Araz-Naxçıvan” sürprizi davam edir.

“FutbolPress”in məlumatına görə, Elmar Baxşıyevin yetirmələri mövsümün startında ortabablar sırasında göstərilsə də, 15 turdan sonra ikinci pillədə yer alıb. Bu mövsüm cəmi bir dəfə uduzan “Araz-Naxçıvan” 36 xalla lider “Qarabağ”dan bir 1 xal geri qalır.

“Araz-Naxçıvan”la bağlı maraqlı məqamlardan biri isə komandanın son turlardakı minimal hesablı qələbələridir. Baxşıyevin yetirmələri çempionatda son beş oyunun dördünü eyni – 1:0 hesabıyla qalib başa vurub. Nəticəyə hesablanan oyunla xallarını artırmaqda davam edən “Araz-Naxçıvan” hər matç qoldan əlavə, 4-5 real şans da yaxalamağı bacarır. Hücumda Ramon Maçado və Felipe Santosun effektiv oyunu rəqiblər üçün əsas təhlükə mənbəyidir.

“Araz-Naxçıvan” bu turda ən yaxın izləyicisi “Turan Tovuz”u məğlub etməklə aradakı fərqi 9-a çatdırdı. Dördüncü sıradakı “Zirə”ni isə 13 xal qabaqlayan naxçıvanlılar qış fasiləsinə “üçlük”də daxil olmağı da təmin edib.

Şahin Cəfərov